XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi öldü
KRİMİNAL 19:57 / 16.01.2022

Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən ölüb.

Yenisəs.az  Teleqraf.com-a  istinadən  xəbər verir ki, bu gün günorta saatlarında Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq üzərində cərrahiyyə əməliyyat aparılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


4946 oxunub

InvestAZ