XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Peskovdan kritik Ukrayna açıqlaması - "Sərhəddə gərginlik..."
DÜNYA 11:16 / 16.01.2022

"Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, bu səbəbdən Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”.

Yenisəs.az  Teleqraf.com-a  istinadla  xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın "CNN” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə konkret cavab arzusundadır.

Peskov vurğulayəb ki, sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var: "Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir".

Peskov eləcə də qeyd edib ki, ABŞ Rusiyanın Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair irəli sürdüyü iddialara dair heç bir sübut təqdim etməyib: "Biz hələ də sübut gözləyirik”.



5965 oxunub

InvestAZ