XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



SONRA - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 23:00 / 12.01.2022
Sonra görüşərik dedi,
Sonra olacaqmı... bir də?!
İçimdə bir sonra öldü -
Üstündə durduğum yerdə...

Bu adi bir təsəllimi,
Yoxsa təsəlli boyatı?!
İndi olub söz yığını -
Çoxdan çağrılmış bayatı...


Mən sözün şahı, nökəri
Həm də sözə biət edən!
Daşa ilişib təkəri -
Sözün, gülmə baxıb gedən!

" Sonra " da sözdü, həm fikir
Olacaq, sevgi olduqca...
Oturub edirəm zikir -
Şəklimin gözü dolduqca...

3119 oxunub

InvestAZ