XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



BİR ETİRAFIN ŞEİRİ -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 01:05 / 11.01.2022
Hər gecə ağlayıb yatan ,
Yuxusuz bəndəyəm, bəndə...
Özün xatirəyə atan -
Dənizdə batmaq var , məndə!
Kimsə döyməyən qapımın ,
Açar, kilidi də mehdi...
Fərqinə varma halımın -
Kirpiklərimdəki şehdi...

Yuxunu ələyən gözüm ,
Sonrada yuyub qurudur...
Allah da bilir, göz yaşım -
Bütün sulardan durudur!

Məni yuxusuz edən də -
Uzaqdan baxıb əl çalır...
Mənim qismətimə düşən ,
Yuxu da yuxusuz qalır...


4124 oxunub

InvestAZ