XƏBƏR LENTİ
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU:MƏNƏ KÖLGƏMDƏN DƏ YAXIN...
YAZARLAR 09:32 / 09.12.2021

Çox qəribə birovqatın içərisindəyəm. Mənə elə gəlir ki, bu saat, bu an nə isə baş verəcək.Bunu ürəyim də hiss edir, duyğularım da. Hətta bir zəng gözləyən adam kimiyəm.Amma nə zəng gözləyirəm, nə də qeyri-adi nəyinsə baş verməsini. Sadəcə, oturubyazımı yazmaq, fikirlərimi bölüşmək, bir az da əgər imkan olarsa, qayğılarıunutmaq üçün həmkarlarla, ruhuma, qəlbimə yaxın adamlarla həmsöhbət olmaq keçirmənim içimdən. Daha doğrusu, bu dediyim istək mənim üçün daha önəmlidir, nəinkihəmin o dediyim ovqat!..

Bəli, adam ovaxt özünə yer tapa bilmir ki, içində olduğu mühit, dayandığı yer və həttagördüyü iş onun ürəyincə olmur, onu sıxır, o, basqılar altında olur. Və beləcə,özünü bir tükdən asılı sayır. Qopub düşmək, hər şeyi vurub sındırmaq, hər şeyiatıb getmək fikri hakim olur varlığa. Və bütün bunların içərisində ən xoş söz də,ən səmimi münasibət də bəzən adamı qıcıqlandırır. Özünü tənhalığa, təkliyə,uzaqlara götürüb aparmaq istəyirsən. Doğrudur, bəzən psixoloqlar, nə bilim buişi bilənlər həmin o ovqata, o yaşama öz baxışlarıyla, öz bilikləriylə qiymətverirlər, münasibət bildirirlər, diaqnoz qoyurlar... Buna kimi psixolojisarsıntı deyir, kimi depresiya, kimi əsəb pozğunluğu... Nə isə...

Amma mən bir onubilirəm ki, insanın həmin o narahat durumunun kökündə mütləq özünə və Allaha bəlliolan bir istək, bir sevgi dayanır. Həmino, özünə və Allaha bəlli olan insana nəyi yaşadırsa, insanı nəyə kökləyirsə, o da ovqata çevrilir. Yəni birmesaj, bir telefon zəngi, bir baxış, bir hərəkət həmin dediyim ovqata mənbəolur. Bu mənada mən hərdən öz-özümə düşünürəm ki, mənim ömrüm, mənim həyatımzaman baxımından necə ifadə oluna bilər. Neçə il, neçə ay, neçə gün düşübpayıma. Bu sualın cavabını axır ki, tapmışam və yazmışam ki:


Ömrüm iki gündümənim –

Biri sən yanımdaolan...

Biri mən yanındaolan!

Qalan nə varsagün donlu –

Bir ağ yalandı,ağ yalan!


İndi yəqin ki, səhəringözü açılandan bəri kökləndiyim, daha doğrusu, məni öz cənginə almış həminduyğular hardasa elə Allaha və mənə bəlli olan duyğunun, yəni sevginin fəsadlarıdı.Ona görə də mən həm özümə, həm də sənə yük olan bu ömürdən qurtulmağın biryolunu tapmalıyam. Elə bir yolunu ki, sənin qəlbin, ruhun iynə ucu boyda daolsa ağrımasın, sızıldamasın. Və hətta o seçimə sən uğur diləyəsən. Və mən dədeyəm ki:


Dağ boydaağrıyam, sel boyda kədər –

Allahım, ortadangötür, bu yükü...

Ürəyə ağırlıqverməyim hədər –

Üzü gün batanaötür, bu yükü...


***

Bəli, payızözünü təkcə yarpaqlarda, dəyişən havada göstərmir. Bilmirəm, əvvəllər də beləolub, yoxsa yox! Amma bu payız bir az qəribə gəlibdi həyatıma, çevrəmə. Biryarpaq tökümü başlayıb bu payız həm doğmalarım arasında, həm dost-tanışarasında. İtirdiyim əminəvələri, dayım... itirdiyim dostlar... kəndçilərim...Azərbaycan cəmiyyətinin sayılan adamları... Bütün bunlar bəlkə də təbii birprosesdi. Amma nədən bunların hamısı payıza düşdü və nədən insanların yarpaqtökümü payızın yarpaq tökümüylə paralelləşir. Onların hər ikisi barəsində birhüznlə, bir acıyla fikir bölüşürük. Bəlkə burda da bir möcüzə var, bir sirrvar? Və ümumiyyətlə, ömrün payızı ifadəsi, anlayışı nədən həmişə bir ağırlıq gətirirortalığa. Fikirləşəndə olduğum məclisdə söz söyləyəndə həmin o dediyim ağırlıqöz işini görür. Yəni içinə, çöhrənə bir kədər hopur. Ola bilsin ki, bu daTanrının bir hikmətidir, bir yazısıdır. Və yaxud da görküdür. Adama həm zamanıtanıdır, həm də hardan gəlib hara getdiyini bildirir. Deməli, olum-ölüm məsafəsibir az da yazla payız arasındakı məsafəyə uyğun gəlir. Bunu elə-belə söz gəlişidemirəm. Yaşananlara, baş verənlərə söykənib söyləyirəm. Axı, göz görə-görə,qulaq eşidə-eşidə insana bir həyat dərsi keçir, bir həyat bilgisi verir...

Hə, indi bax, içərisindəolduğum ovqatın da, zamanın da diqtəsi məni bir küncə sıxıb. Həmin o yaşantılarməni etirafa məcbur edir, açıq danışmağa, fikir bildirməyə tərəf çəkir. Mən dəyaxamı əldən çıxarmaq üçün iç dünyama üz tuturam və yazıram:


Yer göstər evtikməyim,

Amma ki, binə gəlin...

Başqa bir dininvarsa –

Durub o dinə gəlim!...


Əlim qaş üstəqalıb

Ahım daş üstəqalıb...

Nəmdi – yaş üstəqalır –

Alıb bir kinə gəlim...


Möcüzəsən, yasirsən

Yerdə ocaq, yapirsən...

Əl çatmayan oBİR sən –

Söylə, mən kiməgəlim?!


De, bilim nədi şərtin

Elə onun ən sərti...

Biri azdısa dərdin–

Qoy lap mən minəgəlim!..


Yəqin ki, bumisralar və onun yaratdığı aura hardasa öz işini gördü. Ona görə də ovqatımınkirəcləşən damarı bir az yumuşaldı. Və mən boşalan şarın durumunu gözümünqarşısına gətirib onu ürəyimlə müqayisə etdim. Gördüm ki, o cansız cisimlə bucanlı varlıq arasında bircə oxşarlıq var. O da üfürülən şarın dözməyibparlaması və yüklənən ürəyin dözməyib partlamasıdı. İkisi də sonda hər şeyiitirir. Yerdə qalan yaşanan ömrün cizgiləri, naxışları, xatirələri, bir sözlə,izidir. Təbii ki, bu dediklərim nə bütün ömürlərə, nə də bütün partlayan ürəklərəaid deyil... Hər gün özünü kökləmək, özünü ümidli sabaha hazırlamaq kifayət qədər güc tələb etməklə yanaşı, həm də iradə tələbedir. Təəssüf ki, rəhmətlik Nüsrət Kəsəmənli demişkən, bəzən bunlardan biriolanda o biri olmur. Yəni şairin dediyi kimi, "biri vardı, biri yox”. Bax, indimən də o dediyim məqamın tam içərisindəyəm. Gücümü sərf edib özümü kökləsəm də,tez ümidsizləşib, tez də məğlub oluram. Yəni sona qədər dözüb durmağa iradəm çatmır. Bunun da kifayət qədərsəbəbləri var. Ən böyük səbəblərdən biri də yenə təklikdi, tənhalıqdı... Axı,dörd divarla baş-başa qalmaq, özün danışıb, özün eşitmək və bu danışdıqlarını,eşitdiklərini də misralamaq, şeirə çevirmək heç də asan deyil. Bu asan olmayan,adı bəlli, amma ifadə edilməyəm gerçəklik həqiqətən insanı büdrədir, dizçökdürür, bəzən də sındırır. Mən belə məqamların birində yazmışam ki:


Gedim uzaqdadayanım

Kölgəm üzünədüşməsin...

Adımı çəkəndə,qopan –

Damla dizinədüşməsin...


İçim laldı,çölümsə şən

Dərdlə ortaq, kədərlətən...

Kiprikləri azqırp ki, sən –

Qopub gözünədüşməsin...


Mən cilovututsam da bərk

Tərk götürmür buxəyal tərk...

Edim sənə kiçikbir ərk –

Öpüm izi də düşməsin!..


Bu açılansabahların

Mən yaşayım qoyahların...

Elədiyimgünahların –

Adı izinə düşməsin...


Əbülfətin axdığısel

Haqdan gəlibbilir bu el!

Kömək üçünatdığın tel –

Çölün düzünədüşməsin...


***

Bəli, adam nə qədəryaxasını kənara çəksə də, duyğular, hisslər onu tək buraxmır. Bəzən deyillərki, filankəs kölgəm kimi məni izləyir. Amma mən kölgənin daimi olmadığını ənazından sizin qədər bilirəm. Yəni məşhurbir film var. Onun adını xatırlasanız, dediyimə inanarsız. Xatırlamayanlarüçün:

- Kölgələr gecəyox olur!

Hə, bax, indi məniminancım belədir ki, kölgədən daha çox insanın bir an da olsun yaxasınıburaxmayan və gecə-gündüz fərqinə varmayan hisslərdi, duyğulardı, xatirələrdi.Hətta onlar adamın yuxusuna da gəlir. Yəni bir xatirə bir yuxuya çevrilir! Deməli,baxış mənim də bir an olsun yaxamı buraxmayan, sərbəstliyimi, asudəliyimi özovcunun içərisində saxlayan həmin o duyğular, hisslər Səninlə, sevginləbağlıdır. Və mən də həmin o sevginin, yəni sənin həm girovu, həm də özüolmuşam. Ona görə də bir anlıq olsa belə o sevgi, o duyğu məndən uzaq düşmür,uzaq dayanmır. Deməli, mən də onunla bahəm onun yanında oluram. Və bütünhallarımız, bütün məqamlarımız bir-birini tamamlayır. Bu tamlığın içərisindəqazancım da, uğurum da, hətta uğursuzluğum da elə sevginin özüdü. Haqdan gələn,Tanrı hədiyyəsi olan bu sevgi ömrümü şərəfləndirir, mənim tez-tez dəyişənovqatıma bir ümid işığı olur. Mən də o ümid işığında üzümü sənə tutub etdiyimduaların təkrarında yanılmamağa çalışıram. Və beləcə sonuncu duamda dilə gətirdiklərimimisralamaq, onu şeirə çevirmək istəyimi gizlətmirəm. Axı, mən sənə üz tutubyazmışam:


Bu dünyanın qibləsidə,

İşığı da, suyuda sən...

Ən sərt şaxta,buz olsam da

Çətin məni soyudasan–

Özündən!


Hər sözünə biracılıq

Baxışına kinqatsan da...

Qopmayacam, busevgiylə -

Lap tərsinə sənyatsan da

Özündən!


Xəyalıma rişxəndini

Açıq-aşkarbildirsən də...

Ayırmağa gücümçatmaz

Məni hər anöldürsən də -

Özündən!


Aramıza sədd çəkdikcə

Mən içimdə üzüləcəm...

Sevəcəyəm dərd çəkdikcə

Odum sənsən! -isinəcəm –

Özümdən!


Bəli, bütün yazıboyu ovqatımı və yaşantılarımı ifadə etməyə çalışdım. Düşündüm ki, bu bölüşmə,bu paylaşma sənə də, mənə də bir az yeni nəfəs, bir az ağırlıqdan qurtulma gətirər.Bilmirəm, düşünməyimdə haqlıyam, yoxsa yox, amma hər halda, bu da bir ümiddi.Axı ümid ən sonda ölür. Sizə və sevginizə ölümsüzlük arzusuyla "Hələlik!” –deyirəm.


5280 oxunub

InvestAZ