XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU: - SONRA...
Ədəbiyyat 09:19 / 09.12.2021

Bir anım bir il boydadı,
Ölçün bilinmir , bir ilim...
Bir anı yaşamaq üçün -
Neçə yol ölüb, dirilim?!

Ömrü yazan da bəllidi,
Yaşayan da, göz önündə!
Məncə adi təsəllidi -
Ümid gizli közərəndə...

Qələmi mənə tuşlayan,
Ələmi də mənə yazdı...
Hər gün də başdan başlayan -
Çəkdiklərim mənə azdı?!

...Bir il boyda olan andan-
Mənim də adıma pay tut...
Hələ olmamışam candan -
Gülüm , öldür, sonra unut!..



10939 oxunub

InvestAZ