XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



"Azərişıq"ın mühəndisi iş otağında öldü
KRİMİNAL 12:23 / 06.12.2021

Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.

Hadisə bu gün səhər saatlarında "Azərişıq” ASC-nin "Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.

Onun insult keçirdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(Report)


1236 oxunub

InvestAZ