XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Mingəçevirdə kütləvi dava: İki nəfər bıçaqlandı
KRİMİNAL 10:08 / 06.12.2021

Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

"Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 4-ü saat 20 radələrində şəhərin "Ay işığı” kafesində qeydə alınıb.

Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədələov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.

Faktla bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb.


1251 oxunub

InvestAZ