XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



TƏRƏF - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:54 / 06.12.2021

Mən qərib adam kimiyəm,
Boş qalan o dam kimiyəm...
Az qala atam kimiyəm -
Qaçıram torpağa tərəf...
Bilməzdim əvvəl "eh..." nədi,
Gözümün dibi lehmədi...
Məni bir çiçək behlədi -
Uçuram yarpağa tərəf...
Çox sözlər çıxıb adıma ,
İndi də düşür yadıma...
Cüməydi, ya da adına -
Dedin gəl, yar bağa tərəf!..
Günümü gündə gizləyib,
İman da, dində gizləyib...
Dünəni tində gizləyib -
Uçuram , görgaha tərəf!

1779 oxunub

InvestAZ