XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



SÜKUTA ÜSYAN -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:46 / 04.12.2021

Bu gecənin adı SÜKUT,
Baxıb susur, lal adam tək...
Bu gecəyə ələk- bulud-
Ovcundakın sal, adam tək!..
Yağıb , ələn qaranlığa
Gözüm barı ulduz saysın...
Ya da bələn qaranlığa -
Qaranlıqdan ulduz damsın...
Çıxart məni təkliyimdən,
Sən çırpınıb poz , sükutu...
Gəl yapışıb çəkdiyimdən -
Ürəyimcə yoz, sükutu!
...Ələk bulud, bu gecənin
Poz qaydasın, heç-heçənin...
Güldür üzün, qəm seçənin -
Daşla getsin boz sükutu!..

3823 oxunub

InvestAZ