XƏBƏR LENTİ
24 Yanvar 2022
23 Yanvar 2022
22 Yanvar 2022



SEVƏN ADAMIN ŞƏKİLİ - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 09:01 / 03.12.2021

Gör nə qədər daş atılıb, bir daşla
Neçə meyvə qopub düşüb budaqdan...
Mən də gülüm. bir ömürlə, bir yaşla -
Daşlanıram həsrət adlı bu dağnan...
Xəbəri yox yaşamımdan heç kimin
Səsverməsiz keçirtdiyim seçkimin...
Qədərini yaşayıram eşqimin -
Dərdləşərək dörd divarnan, yataqnan...
Belə qalmaz, göy üzü də açılar,
Bala dönər, inanıram , acılar...
Bu dünyada hər nə qədər acı var -
Qarşılaram , ürək adlı otaqnan...
Kimə simsar, kimə sevinc, kimə dərd
Olmağımı, saymamışam heç vaxt şərt ...
Talehimin gözü nəmli, üzü sərt -
Yol gedirəm. könlümdəki butamnan!..

4510 oxunub

InvestAZ