XƏBƏR LENTİ
25 Yanvar 2022
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



1 678 nəfər COVID-19-a yoluxub - 23 nəfər ölüb
Sağlamlıq 21:46 / 30.11.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisəs.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 588 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib. 25 713 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 620, bu günə qədər isə ümumilikdə 5 539 284 test icra olunub.


4058 oxunub

InvestAZ