XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Bakıda vəzifəli qadını evə salıb zorladılar
KRİMİNAL 15:02 / 30.11.2021

Bakıda vəzifəli qadın zorlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 49 yaşlı G. H (ad şərtidir) Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək gündüz saatlarında mühasib işlədiyi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kommunal xərclərini yığmaq üçün həmin qəsəbənin Cəfər Cabbarlı küçəsi ev 36 ünvanında olarkən, orada yaşayan 39 yaşlı Şamo Rəsulovun onu zorla evə salıb döydüyünü, xəsarətlər yetirərək zorladığını və gecə saatlarına qədər mənzildə qanunsuz saxladığını bildirib. 

Daxil olan məlumat əsasında polisdə araşdırmalara başlanılıb.

Ş.Rəsulov şübhəli şəxs qismində tutulub.

Hazırda araşdırmalar davam etdirilir.


1990 oxunub

InvestAZ