XƏBƏR LENTİ
25 Yanvar 2022
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Küçədə döyülən şəxs xəstəxanada öldü
KRİMİNAL 14:20 / 30.11.2021

Sabunçu RPİ 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Yenisəs.az-a verilən məlumata görə, araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


3362 oxunub

InvestAZ