XƏBƏR LENTİ
17 Yanvar 2022
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA
HÜQUQ 20:00 / 29.11.2021

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb".

Bu barədə   Yenisəs.az-a Yasamal Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, noyabrın 27-də saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


2215 oxunub

InvestAZ