XƏBƏR LENTİ
17 Yanvar 2022
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU: - SÜKUTA ÜSYAN
Ədəbiyyat 09:45 / 29.11.2021

Bu gecənin adı SÜKUT,
Baxıb susur, lal adam tək...
Bu gecəyə ələk- bulud-
Ovcundakın sal, adam tək!..
Yağıb , ələn qaranlığa
Gözüm barı ulduz saysın...
Ya da bələn qaranlığa -
Qaranlıqdan ulduz damsın...
Çıxart məni təkliyimdən,
Sən çırpınıb poz , sükutu...
Gəl yapışıb çəkdiyimdən -
Ürəyimcə yoz, sükutu!
Ələk bulud, bu gecənin
Poz qaydasın, heç-heçənin...
Güldür üzün, qəm seçənin -
Daşla getsin boz sükutu!..

1412 oxunub

InvestAZ