XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU : -TƏKLİK
Ədəbiyyat 19:52 / 28.11.2021
Külək döyən qapının
Açar, kilidi təklik...
Kirpikləri nəmlənib -
Diri kimidi təklik!
Dörd divarın sirdaşı,
Yüzdü, yoxsa bir yaşı?!
Üz sürtdüyüm pir daşı -
Həsrət himnidi təklik!
Gözdə leysan, dildə ah
Həm gecədi, həm sabah...
Dəqiqin bilir Allah -
Ruhun simidi təklik!

2330 oxunub

InvestAZ