XƏBƏR LENTİ
17 Yanvar 2022
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Son sutkada 1 662 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb
Sağlamlıq 19:42 / 28.11.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisəs.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, ötən müddət ərzində isə ümumilikdə 5 521 070 test aparılıb.


2342 oxunub

InvestAZ