XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU : -TƏKLİK
Ədəbiyyat 20:01 / 27.11.2021

Külək döyən qapının
Açar, kilidi təklik...
Kirpikləri nəmlənib -
Diri kimidi təklik!
Dörd divarın sirdaşı,
Yüzdü, yoxsa bir yaşı?!
Üz sürtdüyüm pir daşı -
Həsrət himnidi təklik!
Gözdə leysan, dildə ah
Həm gecədi, həm sabah...
Dəqiqin bilir Allah -
Ruhun simidi təklik!

2826 oxunub

InvestAZ