XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU : - MƏNİ KİM AXTARSA..
Ədəbiyyat 19:17 / 27.11.2021
Səhər də ömürdü, axşam da ömür
Mən də duaçıyam nəfəs dərmədən...
Həsrət səs etmədən üstümə damır -
Mən də quruduram günə sərmədən...
Ötüb duz yükünü qəmin çəkisi,
Çiynim döyənəkdi, sinəm də qabar...
Bitmir ürəyimin bu səksəkisi -
Məni kim axtarsa kədərdə tapar...
Bu an yaddaşımdan boylanır bir səs -
Demişdin ,mən özüm kədər gəzənəm...
Nə vaxt sevinc verdin, ya da ki həvəs -
Mən də adam kimi, adam, bəzənəm!


4417 oxunub

InvestAZ