XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatırır
DÜNYA 11:43 / 25.11.2021

Birləşmiş Ərəb Əmirlikləri Türkiyə iqtisadiyyatına sərmayə qoymaq üçün 10 milyard dollar ayırıb.

Yenisəs.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ankarada keçirilən mətbuat konfransında BƏƏ Dövlət İnvestisiya Fondu - Abu Dhabi Development Holdinqinin idarə heyətinin sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.

Bundan əvvəl Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanma mərasimi Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Ankaraya səfəri çərçivəsində baş tutub.


406 oxunub

InvestAZ