XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Ərdoğandan Çinə mesaj: “Bunu həssaslıqla izləyirik”
DÜNYA 19:08 / 24.11.2021

"Son illərdə dünyada İslam və ksenofobik irqçi çıxışlar artıb”.

Yenisəs.az Teleqraf.com -a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışında dünyanın siyasi arenasında baş verən gəlişmələrə diqqət çəkib:

"Əfqanıstanda davamlı sülhün olacağını arzu edirik. Qış şərtləri ilə ciddi böhran yaşayan Əfqanıstan xalqına dəstək vacibdir.

Biz Fələstin davamızı da sona qədər müdafiə etməkdə qərarlıyıq. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr olaraq Fələstin davasını zəiflədəcək davranışlardan çəkinməliyik. Biz İsrailin Şərqi Qüdsdə və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma, dağıtma, məcburi köçürmə, müsadirə və evakuasiya siyasətlərinə son qoymalıyıq.

Son illərdə dünyada İslam və ksenofobik irqçi çıxışlar artıb.

Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinin və digər müsəlman azlıqların vəziyyətini böyük həssaslıqla izləyirik.

Beynəlxalq ictimaiyyət Suriyadakı vəhşiliklərin qarşısını ala bilmədi. Suriyanın ərazi bütövlüyünə və terror təşkilatlarına qarşı mübarizəmiz davam edəcək”.


1684 oxunub

InvestAZ