XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



İrandan Azərbaycana narkotik vasitə keçirən şəxs saxlanıldı
KRİMİNAL 15:37 / 24.11.2021

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan ökəmizə gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Foton" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Yenisəs. az-ın komitəyə istinadən verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda falqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb "Tamol 225 mg", 4 həb "Tramadol 200" adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Xatırladaq ki, 34 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 7,55 qram təşkil edir və "Tramadol" müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


415 oxunub

InvestAZ