XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Qanunsuz ov edən şəxs polisə xəsarət yetirdi
KRİMİNAL 14:13 / 24.11.2021

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib.

Daha sonra həmin şəxslər tüfəngdən atəş açaraq qaçıblar.

Görülən tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron götürülüb.


321 oxunub

InvestAZ