XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Tərtərdə qohumlar bir-birini bıçaqlayıb
KRİMİNAL 11:36 / 24.11.2021

Noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Tərtər rayon prokurorluğundan Yenisəs.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


485 oxunub

InvestAZ