XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Güləşçimiz Fransada erməniyə qalib gəldi
İDMAN 09:16 / 23.11.2021

Fransada klublararası güləş çempionatı start götürüb.

Yenisəs.az Teleqraf.com -a  istinadla  xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.


4503 oxunub

InvestAZ