XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Moskvada 150-dən artıq aviareys təxirə salındı
DÜNYA 09:34 / 03.11.2021

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

Yenisəs.az bildirir ki, Teleqraf.com-un məlumatına görə, Bakı vaxtı ilə saat 18:25 üçün "Vnukovo" hava limanında 48 reys təxirə salınıb, 9-u ləğv edilib, "Domodedovo" hava limanında 61 reys təxirə salınıb, 7 reys isə ləğv edilib.

Bildirilir ki, "Şeremetyevo" hava limanında 17 aviareys təxirə salınıb, 9 aviareys ləğv edilib.

Qeyd edilir ki, aviareyslərin ləğv edilməsi və təxirə salınmasına səbəb güclü duman olub.


4530 oxunub

InvestAZ