"ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüş təklifi Vaşinqtondan gəlib”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, görüşün Şotlandiyanın Qlazqo şəhərində keçiriləcəyini bildirib.
Prezidentin sözçüsü İbrahim Kalının ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla danışdığını xatırladan Çavuşoğlu vurğulayıb: "Amerika tərəfdən görüşün Qlazqoda keçiriləcəyi ilə bağlı məlumat gəlib. Təmaslarımız davam edir. Biz diplomatiyanın, dialoqun tərəfdarıyıq. Dövlət katibi ilə lazım olanda görüşürük”.