XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Ukrayna raketləri Moskvaya tuşladı
DÜNYA 09:55 / 25.10.2021

Ukrayna ordusu tezliklə silah arsenalına Moskvaya tuşlanacaq uzun mənzilli operativ-taktiki raketləri qəbul edəcək. Bu barədə  "Dom” telekanalına Ukrayna prezidentinin müşaviri Aleksiy Arestoviç bildirib. Moskvanın hərəkətlərinə cavab olaraq belə bir addımı atmağa məcbur qalındığını deyən Aretoviç qeyd edib ki, Ukrayna yeni raket strategiyasını yaxın günlərdə həyata keçirməyə başlayacaq.

 "Əgər Rusiyanın bu təcavüzü olmasaydı, Ukrayna raketləri heç vaxt Moskvaya tərəf tuşlanmazdı”,-deyən Zelenskinin müşaviri onu da əlavə edib ki, Ukraynaya genişmiqyaslı hücum olacağı təqdirdə "Rusiya ordusunun və Rusiya Federasiyasının sonu”na əmindirlər... Onun fikrincə, belə bir ssenari Moskva üçün açıq-aydın məğlubiyyətlə nəticələnəcək.

Qeyd edək ki, A.Arestoviç bir neçə gün əvvəl maraqlı bəyanatla çıxış edib. O deyib ki, Ukrayna NATO-ya üzv ölkələri ilə müqayisədə ən güclü silahlı qüvvələrdən birinə malikdir. Onun fikrincə, ölkə hərbi gücünə görə ABŞ, Fransa və Türkiyədən sonra dördüncü yerdədir. Aretoviç onu da vurğulayıb ki, ölkə rəhbərliyi Rusiyadan gözlənilən hücuma hazırlaşır, hadisələrin qarşısını almaq üçün doqquz ssenarini nəzərdən keçirir ki, bu ehtimalların arasında sərhəd təxribatlarından tutmuş, genişmiqyaslı müharibəyə qədər müdafiə tədbirləri hazırlanıb.


6758 oxunub

InvestAZ