XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Təbrizin valisi farsca çıxışa başladı, dərhal döyüldü - VİDEO
DÜNYA 20:13 / 23.10.2021
Bugün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.
 
Yenisəs.az  bildirir  ki, Axar.az-ın verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.
 
Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.
 
Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik.
 
***
 
Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vurdan şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.
 
Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.
 
Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.(Axar.az)
 

891 oxunub

InvestAZ