XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Qırğızıstandan kritik qərar: “Rusiya və Türkiyədən...”
DÜNYA 20:01 / 23.10.2021

"Qırğızıstan Rusiya və Türkiyədən pilotsuz hücum aparatları almaq niyyətindədir”.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov açıqlama verib.

"Biz Türkiyədən və Rusiyadan hücum dronları alırıq. Rusiyanın köməyi ilə reaktiv təyyarələri təmir edirik. Bütün bunlara pul ayrılır, pulsuz deyil”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçıbek Taşiyev Türkiyədən alınmış "Bayraktar” pilotsuz aparatlarının tezliklə Bişkekə təhvil veriləcəyini demişdi.


4148 oxunub

InvestAZ