XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Azərbaycanda keçmiş nazirə yeni vəzifə verildi
İqtisadiyyat 12:32 / 23.10.2021

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus "Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialı yaradılıb.

"Report”un əldə etdiyi məlumata görə, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan Muxtar Respublikasının sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən "Report”a xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər "Aztelekom”un iki yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Şimal-Şərq Regional Filialı və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Aran Regional Filialıdır.

Şimal-Şərq Regional Filialına Nəriman Salmanov, Aran Regional Filialıa isə Kərəm İbrahimov rəhbər təyin olunub.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.


1197 oxunub

InvestAZ