XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Azərbaycan-Rusiya sərhədində yeni gömrük postu
HÜQUQ 22:22 / 22.10.2021

Prezident İlham Əliyevin sərəncamı ilə inşa olunan "Xanoba" gömrük postunda tikinti işləri uğurla davam etdirilir. Oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.

Bu barədə DGK-a i xəbər verib.

Gömrük-keçid məntəqəsində həyata keçirilən tikinti və yenidənqurma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasında, idxal-ixrac nəzarət xəttlərində, postun inzibati binasında tikinti işlərinin gedişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, inşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam -aradan qaldırılmasına şərait yaradacaq.



1378 oxunub

InvestAZ