XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Ərdoğan: "Ümid edirəm ki, İran bu səhvini davam etdirməyəcək”
SİYASƏT 15:09 / 22.10.2021

"Ümid edirəm ki, İran bu səhvini davam etdirməyəcək".

Yenisəs.az Teleqraf.com-a istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla İran arasında son gərginliyə münasibət bildirərkən deyib.

Prezident İranın Naxçıvan və Cənubi Qafqaz sərhədində hərbi fəaliyyətinin olduğunu bildirib: "İran bir tərəfdən də Azərbaycanın İsraillə əlaqələrinə də işarə edir”.

"Türkiyə Qafqazda aktiv və daimi bir aktyora çevrildikdən sonra İranın bu hərəkətləri məntiqlidirmi və böhrana çevriləcəkmi” sualına Ərdoğan "Şəxsən mənim belə bir gözləntim yoxdur” cavabını verib.

"İsrailin Azərbaycanla münasibətlərinə görə İran Azərbaycanı hədəf seçməz. Çünki bu gün İrandakı azərbaycanlıların sayı göz qabağındadır. Təbii ki, bu, insanı düşündürür. Bu, o qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İran və yeni rəhbərlik bu səhvi davam etdirməyəcək".

Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı üçün Azərbaycana gedəcəyini də bildirib: "Proqramda Bakı yoxdur, amma inşallah hava limanını açacağıq. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də danışdıq. O günün proqramında inşallah orada bir neçə magistral yol açacağıq və hava limanı ilə birlikdə kənd təsərrüfatı ilə bağlı bəzi addımlar atılacaq. Zangəzur dəhlizinin açılması ilə bağlı qərarımız da eyni şəkildə davam edir. Yeri gəlmişkən, bizim mina axtaran vasitələrimizdən Azərbaycana verdik və veririk. Onlar da çox yüksək qiymətləndirildi. Bu maşınlar mina təmizləmədə çox uğur qazanıb. "Toqo” və "Burkina Fasoya” markalı maşınlardan ikisini də verdik. Onlar da çox məmnun qaldılar”.



2433 oxunub

InvestAZ