XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



BMT Çinə uyğurlarla bağlı çağırış edib
DÜNYA 14:28 / 22.10.2021

BMT Baş Assambleyasının insan haqları məsələləri ilə məşğul olan 3-cü Komitəsində 43 ölkə birgə bəyanatla çıxış edərək Sincanda insan hüquqlarının pozulmasından narahat olduqlarını bildiriblər.
Türkiyə də daxil olmaqla 43 ölkə Birləşmiş Millətlər Təşkilatında (BMT) Sincan-Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə və digər müsəlman azlıqlara təzyiq və zorakılıq tətbiq etməkdə ittiham olunan Çini "BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və müstəqil müşahidəçilərin dərhal və maneəsiz olaraq bölgəyə girmələrinə icazə verməyə” çağırıb.

BMT Baş Assambleyasının insan haqları məsələləri ilə məşğul olan 3-cü Komitəsində 43 ölkə birgə bəyanatla çıxış edərək Sincanda insan hüquqlarının pozulmasından narahat olduqlarını bildiriblər.
Açıqlamada etibarlı hesabatların 1 milyondan çox insanın səbəbsiz saxlandığı "siyasi maarifləndirmə” düşərgələrinin mövcudluğundan xəbər verdiyi, İşgəncə, qeyri-insani və alçaldan rəftar, məcburi sterilizasiya, cinsi zorakılıq və uşaqların ailələrindən zorla ayrılmasını sənədləşdirən xəbərlərin sayının artdığı da bildirilib.
Açıqlamada uyğurlara və digər azlıqlara qarşı qeyri-mütənasib nəzarətin davam etdiyi vurğulanıb və Sincan-Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə və digər müsəlman azlıqlara zülm etməkdə günahlandırılan Çini "BMT-nin İnsan Haqları üzrə Ali Komissarı və müstəqil müşahidəçilərin dərhal və maneəsiz olaraq bölgəyə girmələrinə icazə verməyə çağırılıb.
Açıqlamada həmçinin Çin beynəlxalq öhdəliklərini yerinə yetirməyə və insan hüquqlarına hörmət etməyə çağırılıb.
BMT və digər beynəlxalq təşkilatlar düşərgələrin təftiş üçün açılması çağırışlarını təkrarlasa da, Çin hökuməti ittihamları rədd edir və BMT rəsmilərinin birbaşa məlumat üçün bölgədə sərbəst axtarış aparmasına icazə vermir.

 


2076 oxunub

InvestAZ