XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Yol polisi bu sürücülərə xəbərdarlıq etdi
HÜQUQ 12:29 / 22.10.2021

Bakı Şəhər Dövlət Yol Polisi "saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.

Bu barədə Yenisəs.az-a açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır:

"Bu cür hallar daha sonra polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması hallarına gətirib çıxarır. Bu vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir.

Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisədən qoruyur”.


2424 oxunub

InvestAZ