XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Bakıdan “Kayrat”ı aparan təyyarə qəzaya uğradı
Gündəm 11:09 / 22.10.2021

Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ”la qarşılaşan "Kayrat” Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb.

 Yenisəs. az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, komandanı ölkəyə qaytaran hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.

Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı "Renault” markalı avtomobil "FlyJet” şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.


2296 oxunub

InvestAZ