XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - QİYABİ SÖHBƏT ("Bir qadına..." silsiləsindən)
Ədəbiyyat 09:11 / 21.10.2021

Özüm özümə göz dağı
Özüm özümə kəndirəm...
Özümə həm qürub çağı -
Həm külü soymuş təndirəm...
Qaçada bilmirəm uzaq
Boğulur, çıxmır nəfəsim...
Bürüyür içimi sazaq -
Donur gözümdə həvəsim...
Qupquru odun parçası-
Əlim, oxşanmır diz üstə...
Xatırlasan, kirpiyindən -
Damlaları dər, düz , üstə!..
Eh...bir də niyə özünü
İttiham edəsən axı?!
Söndür xatirə közünü -
Qaçılmazdi qürub çağı...
Özüm özümə göz dağı
Özüm özümə kəndirəm...
Özümə həm qürub çağı -
Həm külü soymuş təndirəm...
Qaçada bilmirəm uzaq
Boğulur, çıxmır nəfəsim...
Bürüyür içimi sazaq -
Donur gözümdə həvəsim...
Qupquru odun parçası-
Əlim, oxşanmır diz üstə...
Xatırlasan, kirpiyindən -
Damlaları dər, düz , üstə!..
Eh...bir də niyə özünü
İttiham edəsən axı?!
Söndür xatirə közünü -
Qaçılmazdi qürub çağı...

2906 oxunub

InvestAZ