"NATO-dakı missiyamızı dayandırırıq. Lazım gəldikdə Brüssel səfirliyimiz vasitəsilə Rusiya ilə əlaqə qura bilərlər”.
Yenisəs.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Lavrovun bəyanatı beynəlxalq mediada qırmızı xətlə geçir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın NATO-nun Brüsseldə yerləşən Baş qərargahında fəaliyyət göstərən missiyasının ona yaxın mütəxəssisi deportasiya edilib. Buna səbəb kimi onların casus fəaliyyəti göstərilib.