Fransanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkəni tərk edib.
Yenisəs.az Teleqraf.com-a istinadla xəbər verir ki, diplomatik missiyanın adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, səfir artıq işçilərlə vidalaşıb:
"Belarusun Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabr tarixinə qədər ölkəni tərk etməsini tələb edib. Səfir də bu gün ölkədən gedib”.