XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



"Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür" - İlham Əliyev
Gündəm 21:07 / 17.10.2021

"Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki, Füzuli ən çox dağıntılara məruz qalmış rayondur".

Yenisəs.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: "Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz”.


3174 oxunub

InvestAZ