Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfəri başlayır.
Yenisəs.az Teleqraf.com-a istinadla xəbər verir ki, həmkarlarının dəvəti ilə oktyabrın 17-dən 20-dək davam edəcək səfər çərçivəsində Türkiyə prezidenti Anqola, Toqo və Nigeriyaya səfər edəcək.
Ərdoğanın Anqolaya səfərinin Türkiyədən bu ölkəyə prezident səviyyəsində ilk rəsmi səfər olduğu bildirilir.