XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Paytaxtda ticarət obyektləri yanır: sakinlər təxliyə edildi - Video/Yeni
Gündəm 10:27 / 16.10.2021

Bakının Nərimanov rayonunda yerləşən "Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.

Stansiyanın yanğın baş verən əraziyə çıxan girişindən sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

***

Bakının Nərimanov rayonunda yerləşən "Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

Yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər./Report/

* * *

09:21

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Yenisəs.az  bildirir  ki, Teleqraf.com-un məlumatına görə, yanğın Nərimanov rayonunda yerləşən "Metro City” ticarət mərkəzində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.



5543 oxunub

InvestAZ