XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Ər arvadını qətlə yetirdi - Paytaxtda
KRİMİNAL 17:01 / 15.10.2021

Bakıda ər arvadını qətlə yetirib.

Binəqədi Rayon Prokurorluğundan  verilən məlumata görə, oktyabrın 15-də   səhər  saatlarında  Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


2762 oxunub

InvestAZ