XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Bakıdan növbəti DİPLOMATİK QƏLƏBƏ
Gündəm 21:05 / 14.10.2021

"İkinci Qarabağ Müharibəsindən sonra regionda elə bir reallıq yaranıb ki, bu reallıq tək bölgə ölkələri deyil, dünya tərəfindən getdikcə daha çox dərk edilir və qəbul olunur".

Yenisəs.az bildirir ki, bunu Modern.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

Komitə sədri hesab edir ki, dünya ölkələri və beynəlxalq təşkilatların fəaliyyətində Azərbaycanın qalibiyyəti və bundan sonrakı üstün mövqeyi getdikcə daha çox nəzərə alınacaq:

"Qafqazda geosiyasi mənzərə dövlətimizin sayəsində tamamilə dəyişib. Bu məsələnin unikallığı və vacibliyi odur ki, biz siyasətimizi hansısa ölkələrə qarşı təşkil etmirik. Prezident İlham Əliyevin dediyi kimi, siyasətimiz milli maraqların təmin olunması ilə birbaşa bağlıdır. Torpaqlarımızı güc, hərbi-siyasi yolla azad etdik. Ermənistana sülh müqaviləsinin imzalatmaq və region ölkələri ilə əməkdaşlığı təşkil etmək niyyətindəyik. Bütün ölkələrə hörmətlə yanaşdığımıza görə onlardan da eyni münasibəti gözləyirik. Ona görə Azərbaycanın apardığı siyasət və xarici əlaqələri heç bir dövlətə qarşı çevrilməyib. İran Azərbaycana qonşu kimi bunu dərk etməlidir. Təəssüf ki, son zamanlar onlar yeni və güclü Azərbaycanın siyasətini düzgün qiymətləndirə bilmirlər. Biz öz sərhədlərimizi möhkəmləndirik, başqalarının sərhədlərinə də hörmətlə yanaşırıq. Ona görə bizim sərhədlərimizə də hörmətlə yanaşmağı tələb edirik. Buna qarşı həqiqətə uyğun olmayan tərzdə reaksiya bildirmək düzgün deyil".



S.Seyidov İran və Azərbaycan arasında son günlər qızışan gərginliyin rəsmi Tehranın geri addım atması ilə nisbətən stabilləşdiyini bildirib.

Onu da vurğulayıb ki, artıq İran Azərbaycanla bağlı reallığı dərk edib və indi situasiya tamam fərqli istiqamətə yönəlib:

"Cənab prezident bu məsələləri İtaliyanın media orqanına müsahibəsində bir daha vurğuladı. Azərbaycanın bu cür siyasəti qəbul olunmaya bilməz. İranın da marağındadır ki, Azərbaycanın göstərdiyi hörmətə hörmətlə qarşılıq versin. Biz hörmətlə sizə yanaşırıqsa, eyni münasibəti də sizdən gözləyirik".  


3569 oxunub

InvestAZ