XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandum təsdiqləndi
SİYASƏT 18:25 / 12.10.2021

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Yenisəs.az-ın məlumatına görə, qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.


3012 oxunub

InvestAZ