XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞLU:- Özünəqayıdışın başlanğıcı Mən o başlanğıcı 30 il gözlədim
YAZARLAR 15:30 / 11.10.2021


...Gözləmirdim...Amma içimdə bir gözlənti var idi... Gözləmirdim... Ürəyimdə isə bir işıq közərirdi...Gözləmirdim... Amma özünü...Gözləyən kimi göstərirdim... Gözləmirdim... Lakin gözləməyə də bilməzdim.

Bəli, bax bu hislərin içərisində məni o gözləntiyə, o gözləməyə kökləyən bir telefon zəngi oldu. Öncə yuxu kimi gəldi mənə bu zəng. Sonra mənə ərki çatanlardan kiminsə zarafatı kimi... Nəhayət, ən doğma, ən güvənli adamların zəngi təkrarladı o fikri, o deyimi. Və bütün bunlar məni gözləmədiyim, amma əslində hamıdan çox gözlədiyim günə gətirib çıxartdı. Onda bir daha ümidin ölmədiyinə, ölümsüz olduğuna, sadəcə dözüm tələb etdiyinə inandım, öz varlığıma inandığım kimi... sənin varlığına inandığım kimi... Allahın böyüklüyünə inandığım kimi!..

Məni kəndimə, doğulduğum ocağa, 30 il həsrətini yaşadığım, yuxularımda gördüyüm, xəyallarımda canlandırdığım, gözümün önünə gətirdiyim və hər dəfə də «Allah qoysa», «Qismət olsa», «İnşəallah» sözləri ilə diqqətə çatdırdığım Tuğa dəvət edirdilər. Daha doğrusu, məni ora aparan karvan məni də öz sırasında görürdü. Bundan böyük xoşbəxtlik, bundan böyük mükafat, bundan böyük sevinc ola bilməz!..

Mənə doğmalarım, dostlarım dedilər ki, ölkə prezidenti Hadruta və Tuğa səfər edəcək. Sən də orada cənab Prezidentlə görüşəcək nümayəndələr arasındasan...

(ardı var)


5026 oxunub

InvestAZ