XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



İqtisadi Şuranın növbəti iclası keçirilib
İqtisadiyyat 07:12 / 08.10.2021

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetindən  Yenisəs.az-a verilən məlumata görə, oktyabrın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub. İclasda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

İqtisadi Şuranın iclasının 8 oktyabr tarixində davam etdirilməsi planlaşdırılıb.


1409 oxunub

InvestAZ