XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Saakaşvili özünü Putinin əsiri elan etdi
DÜNYA 20:58 / 05.10.2021

Gürcüstanın eks-prezidenti Mixael Saakaşvili, Ukrayna prezidenti Vladimir Zelenskiyə ünvanladığı məktubda, onun həbsilə bağlı dövlət başçılarının bəyanatından "çox qürur duyduğunu", özünü Rusiya lideri Vladimir Putinin "şəxsi əsiri" adlandırdığını bəyan edib.

"Hörmətli Vladimir Aleksandroviç,  sizin yüksək dərəcəli dövlət xadimi kimi, mənim qurama ittihamla həbs olunaraq, Gürcüstan həbsxanasına göndərilməyimlə bağlı sözləriniz məni çox qürurlandırdı. Bu həbsi Rusiyadan başqa heç bir dövlət dəstəkləmədi. Mən Gürcüstanı öz həyatımdan artıq sevirəm, həmçinin vətəndaşı olduğum, ikinci vətənim saydığım Ukraynanı da çox sevirəm. Mənim orda ailəm, dostlarım var və mən bunu çox dəyərləndirirəm... Mən faktiki olaraq Putinin şəxsi əsiriyəm və sizin bununla bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm..."- deyə Saakaşvilinin Facebook səhifəsindəki məktubunda bildirilir.


13297 oxunub

InvestAZ