Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK/KCK terror təşkilatına daha bir güclü zərbə endirib.
Yenisəs.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, İraqın şimalında davam edən "Pəncə-Şimşək" antiterror əməliyyatlarının aparıldığı Avaşin-Basyan bölgəsində PKK/KCK terror təşkilatı üzvlərinin "alınmaz” hesab etdikləri "şərq qərargahı” ələ keçirilib.
Uğurlu əməliyyat nəticəsində mağaraya daxil olan və terrorçulara ağır zərbə vuran Türkiyə ordusunun bölmələri PKK/KCK terror təşkilatının 12 üzvünü zərərsizləşdirib.